Cənubi Afrika Respublikasının ən çoxsaylı etnik qrupu olan zuluslarda əsrlərlə yaşı olan "Bəkarət bayramı" var.
Milli.Az bildirir ki, bu bayramda iştirak edən on minlərlə zulus qız bəkarətlərini bayram edir. Zuluslar nikahadək qızın bakirə qalmasının ən önəmli şərt olduğunu deyirlər.
Bayram zamanı yaşlı zulus qadınlar qızların bəkarətini yoxlayırlar. "Test"dən keçən qızlara diplom verilir.
24 yaşlı müəllim Pilisif Hlatşayo deyir: "Diplomumu gərdək gecəsi ərimə hədiyyə edəcəyəm. Bu, ona ən böyük ərməğanım olacaq".
Milli.Az















