Ağdamda “Region gənclərinin ekoloji maarifləndirmə məktəbi” layihəsi həyata keçiriləcək
Ağdam, 20 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən Ağdam rayonunda “Region gənclərinin ekoloji maarifləndirmə məktəbi” layihəsi həyata keçiriləcək.
İctimai Birliyinin sədri Amil Cavadov AZƏRTAC-a bildirib ki, layihənin keçirilməsində məqsəd Qarabağ regionunda, əsasən Ağdam rayonunda yaşayan, fəaliyyət göstərən və ya təhsil alan gənclər arasında ekoloji maarifləndirmə işi aparmaq, gəncləri ekologiya (qlobal istiləşmə və iqlim dəyişikliyi) sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onlar arasında birgə fəaliyyəti həvəsləndirməkdir.
Aprelin 21-25-də keçiriləcək layihə çərçivəsində Ağdam rayonu ərazisində məcburi köçkün qəsəbələrində və kəndlərdə yaşayan təxminən 150-ə yaxın gənc təlimlərə cəlb olunacaq. Layihə çərçivəsində, həmçinin meşə ərazisinin təmizlənməsi aksiyasının təşkil edilməsi, ərazilərdə xüsusi hazırlanmış “Ətraf mühiti qoruyaq” adlı lövhələrin quraşdırılması, gənclərdən ibarət “Ekologiyanı qoruyaq” adlı ekoloji şəbəkənin yaradılması nəzərdə tutulur.
Layihənin yekununda gənclər üçün elektron qrup yaradılacaq. Gənclər bu qrup vasitəsi ilə digər gənclərlə fikir mübadiləsi aparacaq, bu tipli layihələrin hazırlanması və icra edilməsini müzakirə edəcəklər.
Sonda layihə iştirakçılarına şəhadətnamələr veriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47