Bakı, 20 aprel, AZƏRTAC
Paytaxtın Heydər Əliyev prospektindəki əsas yolda aparılan təmir işləri yekunlaşdığı üçün aprelin 20-si, axşam saatlarından nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.
Bu barədə AZƏRTAC- a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib.
Bundan əlavə, aprelin 20-dən 21-nə keçən gecə Heydər Əliyev prospekti köməkçi yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində təmir işləri ilə bağlı
nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindəki əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.