Bakıda 20 yaşlı oğlan bıçaqlanıb. Lent.az-ın məlumatına görə, aprelin 18-də saat 18:15 radələrində Bibiheybət qəsəbəsində 20 yaşlı Orxan Tarverdiyev bıçaqlanıb. Səbail RPİ CAŞ və 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ona xəsarət yetirməkdə şübhəli bilinən Astara rayon sakini, 1999-cu il təvəllüdlü Elşən Ramil oğlu Əliyev tutulub.
Araşdırmalar davam etdirilir.