Gəncə, 20 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı” çərçivəsində Gəncə şəhəri üzrə seçim turu keçirilib.
AZƏRTAC xəbər verir ki, seçim turunda Azərbaycan Texnologiya, Azərbaycan Dövlət Aqrar və Gəncə Dövlət Universitetlərinin tələbələri əsasən estrada, muğam, aşıq musiqisi, xor və müxtəlif rəqs nömrələri ilə bacarıqlarını nümayiş etdiriblər.
Seçim turunda fərqlənən gənclər mayın 5-də Bakıda keçiriləcək yekun turunda iştirak etmək hüquqi qazanıblar.