Ağdam, 20 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Xındırıstan kənd uşaq musiqi məktəbi üçün inşa edilən yeni binada son tamamlama işləri aparılır.
AZƏRTAC xəbər verir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq inşa edilən məktəbin ikimərtəbəli binası 23 tədris otağından, bufet, 2 sanitar qovşağı, inzibati, musiqi alətləri və inventar, qrim, kitabxana və digər otaqlardan ibarətdir.
Hazırda məktəbin həyətində abadlıq və yaşılıq işləri aparılır.