Türkiyənin "Gənclərbirliyi" klubunun futbolçusu Aleksandr Qleb türk məşqçiləri təhqir edib.

Qol.Az-ın məlumatına görə, Fransa mətbuatına açıqlamasında belaruslu hücumçu türk mütəxəssislərin futboldan az anladığını deyib:

"Karyeram boyunca dünyanın ən güclü məşqçiləri ilə işləmişəm. Arsen Vengerdən tutmuş Pep Qvardiolaya qədər. Mourinyo və Aleks Fergüssonun da əsl əfsanə olduğunu düşünürəm. Amma türk məşqçilər axmaqdırlar. Meydanda ancaq qaçmağı tələb edib sadə taktikalar tətbiq edirlər".

Milli.Az