Efiopiya təhsil sahəsində Azərbaycan ilə əməkdaşlığı genişləndirmək istəyir
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayevin bu ölkənin təhsil naziri Şifera Şiquti ilə görüşündə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilən görüşdə müvafiq sahədə hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şifera Şiquti Efiopiyanın Azərbaycan ilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, təhsil sahəsində əlaqələrin inkişafı üçün müvafiq tədbirlərin həyata keçirilməsi və təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.
Elman Abdullayev Azərbaycanın təhsil ocaqlarında dünyanın bir çox ölkələrindən, o cümlədən Afrika ölkələrindən tələbələrin təhsil aldıqlarını deyib. Azərbaycan ilə Afrika ölkələri arasında təhsil sahəsində əməkdaşlığın möhkəm təməlinin olduğu və hələ SSRİ dövründə bir çox Afrika ölkələrindən, o cümlədən Efiopiyadan çoxlu sayda tələbənin Azərbaycan universitetlərindən məzun olduqları diqqətə çatdırılıb.
Səfir, həmçinin Azərbaycan hökuməti tərəfindən göstərilən dəstək sayəsində azərbaycanlı tələbələr üçün xaricdə təhsil proqramının həyata keçirilməsi barədə məlumat verib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47