Bakıda daha bir yolda avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Ziya Bünyadov prospektinin Böyükyor yol qovşağından 20 Yanvar dairəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

Yolda hərəkət bu gün saat 22:00-dan etibarən bağlanacaq.

Yolun bağlanmasına səbəb I Avropa Oyunları ilə əlaqədar yol göstərici xətlərin və üfüqi nişanların rənglənməsidir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.




Mənbə
ANS PRESS