Milli Şuranın üzvü: "Müsavat Partiyasının yürüşlə bağlı müraciəti öncədən hesablanmış məsələ idi"
Bunu "Report"a açıqlamasında Milli Şuranın üzvü, Vətəndaş Həmrəliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib.
Onun sözlərinə görə, Müsavat Partiyasının sosial şəbəkələrdə yürüşlə bağlı təbliğat kampaniyası aparmaması da təəccüb doğurub: "Sanki bu, əvvəlcədən razılaşdırılmış məsələ idi. Yəni, yürüşə icazə verilməsin, bunların da məsuliyyəti azalsın. Mənə elə gəlir, hesablanmış məsələ idi. Özləri də bilirlər ki, on ildir, yürüşə icazə vermirlər, buna baxmayaraq yürüş təyin edirlər".
R.Manaflı növbəti mitinqlərin təşkilində Milli Şura-Müsavat Partiyası anlaşmasını mümkünsüz hesab edirb: "Milli Şurada bir neçə partiya təmsil olunur. Vaxtilə Müsavat Partiyası da bu qurumda təmsil olunurdu. Hazırda isə Müsavat Milli Şurada təmsil olunmur, ona görə də bu iki qurumu eyniləşdirmək olmaz. Mitinqdə iştirak məsələsinə gəldikdə isə bu, xalqın aksiyasıdır, hansı partiya istəyirsə, iştirak edə bilər. Amma Müsavat Partiyasının mitinqlərin təşkilində Milli Şura ilə birgə olmasını qəbul etmirəm".
Milli Şuranın üzvü qeyd edib ki, mitinqlərdə insanların sayına diqqət edilməsi düzgün deyil: "Bu mitinqlərdə hər partiya öz gücünü ortaya qoyur. Onsuz da bu məsələdə partiyalar arasında o qədər böyük fərq yoxdur. Yaxşı bilirik ki, keçirilən aksiyalar ölkə gündəmini dəyişə bilməz. Sadəcə, ölkədə narazılığın olduğunu bu aksiyalar vasitəsilə diqqətə çatdırırıq".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47