Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" beynəlxalq turniri davam edir. Fanat.az xəbər verir ki, mərhum şahmatçımızın xatirə turnirində bu gün III turun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov yenə qələbə qazana bilməyib. Şahmatçımız bu dəxə Maksim Vaşye-Laqravla "sülh" bağlayıb.
Yarışdakı digər təmsilçimiz Rauf Məmmədov isə ilk iki turda olduğu kimi, yenə yarım xalla kifayətlənib. O, bu dəfə Vladimir Kramniklə ilə heç-heçə oynayıb.
Shamkir Chess 2015
III tur
19 aprel
Uesli So (ABŞ, 2788) - Maykl Adams (İngiltərə, 2746) 1:0
Rauf Məmmədov (Azərbaycan, 2651) - Vladimir Kramnik (Rusiya, 2783) 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2791) - Aniş Giri (Hollandiya, 2790) 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2754) - Maksim Vaşye-Laqrav (Fransa, 2762) 0,5:0,5
Fabiano Karuana (İtaliya, 2802) - Maqnus Karlsen (Norveç, 2863) 0:1
Fanat.az