Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən  konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron  xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

 

 

Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, dəyişiklik Vergilər Nazirliyinin Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  ilə razılaşdırılmış təklifinə əsasən edilib.

 

 

Dəyişikliyə görə, Çağrı Mərkəzi vasitəsilə “sadələşdirilmiş verginin bəyannamıs”nin təqdim edilməsi və gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu da “Elektron xidmət növlərinin Siyahısı”na əlavə edilib.