İranın ali dini lideri Səudiyyə Ərəbistanını tənqid edib.

ANS PRESS-in məlumatına görə, İranın ali rəhbəri ayətullah Əli Xamenei Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyasının Yəməndəki şiə husiləri bombardman etməsini soyqırım adlandırıb.

“Siz bu regiona nifrət toxumları səpmisiniz və gec-tez cavabınızı alacaqsınız”, - deyə ali dini lider bildirib.

Bundan başqa, İran prezidenti Həsən Ruhani də oxşar məzmunda bəyanat verib. O deyib ki, Səudiyyə Suriya, Livan və İraqda terrorçuları dəstəkləyir və maliyyələşdirir.
Mənbə
ANS PRESS