Milli.Az 4charx.com-a istinadən bildirir ki, unikal kupenin müəllifi Finlandiyanın Toroidion şirkətidir. Elektrik qurğusu 1341 at gücü hasil edir. Model bütünlükə Finlandiyada layihələndirilib və yığılıb. Şirkət təmsilçiləri ekstremal yeni modeli təqdim etsələr də onun bütün sirlərini açmağa tələsməyiblər.
Bu günə məlum olan odur ki, elektrokarın ümumi istifadə yollarında sürülməsi üçün lisenziyası var. Avtomobil haqqında bütün təfərrüatlar maşın bütün vacib sınaqları keçdikdən sonra təqdim ediləcək.
Milli.Az






