İtaliya A Seriyasında 31-ci tura start verilir.
Metbuat.az-ın xəbərinə görə, turun açılış matçında "Sampdoriya" "Çezena"nı qəbul edəcək. Daha sonra isə mərkəzi oyun start götürəcək. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq matçda turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandalar - "Yuventus"la "Latsio" - münasibətlərinə aydınlıq gətirəcəklər.
21:00. "Sampdoriya" - "Çezena"
23:45. "Yuventus" - "Latsio"