Yunanıstan “Türkiyə axını”na görə Rusiyadan 5 milyard avro avans alacaq
Bakı, 18 aprel, AZƏRTAC
Yunanıstan aprelin 21-də Rusiya ilə 5 milyard avroluq razılaşma imzalamağı planlaşdırır.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ilkin məlumatlara görə, Moskva Afinaya “Türkiyə axını” qaz kəməri layihəsi çərçivəsində işlərin aparılması üçün 3 milyarddan 5 milyard avroya qədər pul verəcək. Həmin vəsait Yunanıstanın Avropaya qaz tranzitindən əldə edəcəyi gəlirin avansı olacaq.
Bu sövdələşmə dövlət borcuna yenidən baxılması üçün Avropa İttifaqı ilə danışıqların uzanması səbəbi ilə Yunanıstanın üzləşdiyi ağır vəziyyətdən çıxmasına kömək edəcək. Bununla yanaşı, mayın 12-də Afina Beynəlxalq Valyuta Fonduna 747 milyon avro məbləğində borc da qaytarmalıdır.
Qeyd edək ki, martın 30-da Moskvada Yunanıstanın istehsalat islahatı, ətraf mühitin mühafizəsi və energetika naziri Panayotis Lafazanis Rusiyanın energetika naziri Aleksandr Novakov və “Qazprom”un başçısı Aleksey Miller ilə danışıqlar aparmışdı. Görüşdən sonra jurnalistlərin suallarına cavab verən Lafazanis “Türkiyə axını”nı Mərkəzi Avropa ilə birləşdirəcək Yunanıstan ərazisindən keçən qaz kəmərinin tikilməsi barədə Rusiya ilə razılaşmanın yaxın zamanlarda imzalanacağını qeyd etmişdi.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47