"Mançester Yunayted" "Napoli"nin forvardı Qonsalo İquainlə yaxından maraqlanır.
Metbuat.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, Lui van Qal Radamel Falkaonun çıxışından razı deyil və mövsümün sonunda onunla yollarını ayırmaq istəyir. Holland mütəxəssis Falkaonun hücum xəttindəki boşluğunu isə İquainlə doldurmaq niyyətindədi.
Cari mövsümdə 40 matçda meydana çıxan İquainin aktivində 20 qol, 7 məhsuldar ötürmə var.