Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İlkin İzzət/

Lənkəran rayon sakininin evindən oğurluq etmiş şəxslərdən ikisi tutulub, biri isə müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran şəhər rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalarla 2013-cü il avqustun 20-də Mais İbrahimovun evindən 15 min manatın rayon sakinləri Yusif Rəhmanlı, Murad Canızadə və qardaşı Azər tərəfindən oğurlanması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Rəhmanlı və M.Canızadə tutulublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az