[ 18 Aprel 2015 12:54 ]


Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanda hərbçilərin olduğu yük avtomobili qəzaya düşüb.

APA-nın “news.am"-a istinadən verdiyi məlumata görə, hadisə hərbçilər Armavirdəki hərbi təlimdən qayıdarkən baş verib.

 

“Ural” markalı avtomaşın Spitak-İrəvan yolunda yarğana yuvarlanıb.

 

Qəza nəticəsində 1995-ci il təvəllüdlü sürücü Artem Torosyan ölüb, 9 hərbçi xəsarət alıb.

 

Onlar Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalına yerləşdiriliblər. Hərbçilərdən biri əməliyyat olunub, daha 3-ü reanimasiya şöbəsindədir.