Kəndə girmiş üç fili qovmağa çalışan sakinlər hay-küy salıblar, qışqırıblar. Fillər kəndin kənarındakı tarlaya girəndə isə sakinlərdən biri erkək filə tərəf qaçaraq onu qovmaq istəyib.
Kəndli bu axmaq hərəkətinin qurbanı olacaqdı.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Hindistanın Qərbi Benqaliya ştatındakı Mürşidabad şəhərinin yaxınlığındakı kəndlərdən birində yaşanıb.
Üç vəhşi fil səhər saatlarında kəndə girib. Kəndlilər haray-həşir salıblar, filləri qovmaq istəyiblər.
Nəhəng heyvanlar tarlaya girəndə isə 50 yaşlı Ramiul Şeyx erkək filə yaxınlaşaraq onu qovmaq istəyib.
5 ton ağırlığı olan hirslənmiş fil kəndlini ayaqlayıb, amma Ramiul Şeyx sağ qalıb.
"Sağ qaldığıma hələ də inana bilmirəm. Məni Allah saxladı. Əslində çox axmaq hərəkət etdiyimi anlayıram, amma nə edim, fillər tarlanı məhv edirdilər", - Ramiul Şeyx söyləyib.
Milli.Az






