Daha öncə dünya idman mətbuatında "Yuventus"un Edinson Kavaninin transferi ilə bağlı PSJ ilə razılığa gəldiyi barədə xəbərlər yayılmışdı.

Metbuat.az ESPN-ə istinadən xəbər verir ki, uruqvaylı son açıqlamasında komandada qalıb-qalmayacağından əmin olmadığına işarə vurub:

"PSJ-nin əla layihəsi var. Müqaviləm 2018-ci ilə kimi nəzərdə tutulub və komandama hörmət edirəm. Lakin futbolda belə amillər həmişə həlledici olmur. Bəzən klubda qalmağa təsir edəcək başqa hadisələr baş verir. Futbolu başa düşən hər kəs mənim PSJ-dəki vəziyyətimi anlayır".