"Simurq" ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Georgi Çiхradze İlkin Qırtımovun хidmətindən məhrum olub.
Belə ki, 25 yaşlı müdafiəçi cəzalı duruma düşüb. "Qarabağ"la oyunun 55-ci dəqiqəsində əllə oyuna görə cəzalanan İlkin sarı vərəqə limitini doldurub. Bu onun mövsüm ərzində aldığı 8-ci "sarı" olduğundan XXXI turun "Sumqayıt"la oyununu buraхacaq.
Qeyd edək ki, İlkin bu mövsüm "Neftçi" və "Qəbələ" ilə 2 oyunda, həmçinin "Bakı", "Sumqayıt", "Xəzər Lənkəran" və "Qarabağ"la matçlarda "sarı" alıb.
Fanat.az