AZAL ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Xuan Fransiskonun хidmətindən məhrum olub.


Belə ki, ispan futbolçu cəzalı duruma düşüb. "Sumqayıt"la oyunun 62-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Xuan sarı vərəqə limitini doldurub. Bu onun mövsüm ərzində aldığı 4-cü "sarı" olduğundan XXXI turun "İnter"lə oyununu buraхacaq.


Qeyd edək ki, Xuan bundan əvvəl "Bakı", "Neftçi" və "Qarabağ"la oyunlarda "sarı" almışdı.


Fanat.az