Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Dubayda Böyük Britaniyadan olan idmançı Stiv Makkinon ilə qarşılaşıb.

Milli.Az-ın “Report” agentliyinə istinadən yaydığı xəbərə görə, “Global Fighting Championship” turnirinin növbəti mərhələsi çərçivəsində baş tutan döyüş nəticəsində idmançımız arenadan qələbə ilə ayrılıb.

Qeyd edək ki, bu, Zabit Səmədovun peşəkar rinqdə ardıcıl qazandığı 8-ci qələbədir.

Milli.Az