Vladivostokdan Lissabona kimi azad ticarət zonası yaradılsın
Almaniya kansleri Angela Merkel Rusiya ilə olan siyasi fikir ayrılığına baxmayaraq iqtisadi əməkdaşlığın bitməsini istəmədiyini deyib.

Anspress-in məlumatına görə, Rosbalt xəbər verir ki, Moskva və Berlin arasında fikir ayrılığını siyasi diskussiya vasitəsilə həll etmək lazımdır.

“Bunun perspektivində isə biz Rusiyanın da olduğu nəhəng ticarət zonasının yaranmasını görürük”, - deyə Merkel Ştralzunde iqtisadi forumunda çıxışı zamanı deyib.

“Biz nə vaxtsa Vladimir Putinin dediyi kimi Vladivostokdan Lissabona kimi birgə iqtisadi bölgəyə addım-addım irəliləyirik”, - deyə kansler əlavə edib.

Bundan əlavə, Merkel bildirib ki, Ukrayna və Moldovanın AB ilə assosiasiya razılaşması Rusiyaya qarşı yönəlməyib.

Milli.Az