Almaniya kansleri Abgela Merkel Rusiya ilə olan siyasi fikir ayrılığına baxmayaraq iqtisadi əməkdaşlığın bitməsini istəmədiyini deyib.

ANS PRESS-in məlumatına görə, Rosbalt xəbər verir ki, Moskva və Berlin arasında fikir ayrılığını siyasi diskusiya vasitəsilə həll etmək lazımdır.

“Bunun perspektivində isə biz Rusiyanın da olduğu nəhəng ticarət zonasının yaranmasını görürük”- deyə Merkel Ştralzunde iqtisadi forumunda çıxışı zamanı deyib.

“Biz nə vaxtsa Vladimir Putinin dediyi kimi Vladivastokdan- Lissabona kimi birgə iqtisadi bölgəyə addım-addım irəliləyirik”- deyə kansler əlavə edib.

Bundan əlavə Alman hakimiyyətinin başçısı Ukrayna və Moldovanın AB ilə assosiasiya razılaşması Rusiyaya qarşı yönəlməyib.
Mənbə
ANS PRESS