[ 18 Aprel 2015 02:51 ]



Bakı-APA. İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident zamanı 14 nəfər yaralanıb.

 

Qeyd edək ki, bundan əvvəl 1 nəfərin öldüyü, 5 nəfərin isə xəsarət aldığı bildirilirdi.

 

ABŞ dövlət departamentinin məlumatına əsasən, konsulluğunun əməkdaşları arasında zərər çəkən yoxdur.