"May ayında əfv olması gözləniləndir".

ANS PRESS-in məlumatına görə, bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Əliməmməd Nuriyev "Azadlıq" radiosuna müsahibəsində bildirib.

O, mayda əfv sərəncamının imzalanmasını istisna netməyib: "Əlbəttə, bu, prezidentin səlahiyyətinə aiddir. Amma biz bunu gözləyirik və arzulayırıq".

Əliməmməd Nuriyev siyahının təqdim edilməsi barədə sualı da cavablandırıb: "İşçi Qrup daxil olan müraciətlərlə bağlı məlumatları Əfv Komissiyasına göndərir.

Qeyd edək ki, prezident İlham Əliyev sonuncu dəfə ötən ayın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 101 nəfərə şamil edilmişdi.
Mənbə
ANS PRESS