Roman Qriqorçuk "Neftçi" ilə oyunla (3:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi bunları deyib:

“Çox vacib qələbə qazandıq. Yaxşı nəticə əldə etdik. Futbolçularımın oyunu xoşuma gəldi. Hər bir oyunçu özünə güvənirdi. Düzdü, ilk hissədə “Neftçi” hesabı bərabərləşdirdi. Amma biz özümüzə daha çox güvəndik və qollar vurduq. Qələbə onu göstərdi ki, biz psixoloji cəhətdən hazırıq. Mən komandama hər zaman inanıram. Son oyunlar onu göstərir ki, mən və komandam düzgün yoldayıq. “Qəbələ” hazırda yaxşı oyun sərgiləyir. Bu hələ ki, bizim start meydançamızdı. Daha da inkişaf etməliyik. İnkişaf etmək özü bir bacarıqdı. Çalışmalıyıq ki, daha da irəli gedək. Topaz Premyer Liqasında zəif komanda yoxdu. Futbolçularımın hər biri öz işindən həzz almalıdı. Ardıcıl qələbələr əlavə motivasiyadı. İndiki qələbə oyunçuları növbəti gözəl oyunlara kökləyir”.

Fanat.az