Koreyalı alim Bilik Fondunun qonağıdır
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Dünya elmi Azərbaycanda" proqramı çərçivəsində Koreyanın KİAS İnstitutunun direktoru, kvant mexanikası və nəzəri fizika sahələri üzrə mütəxəssis, professor Kim Jaevan ölkəmizdə səfərdədir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, koreyalı qonaq Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və əməkdaşlarla görüşüb. O.Səmədov professor Kim Jaevana Bilik Fondunun həyata keçirdiyi layihələr, maarifçilik sahəsində fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.
Səmimi görüşə görə Bilik Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən professor Kim Jaevan Fondun layihələri ilə maraqlanıb, rəhbəri olduğu KİAS İnstitutu barədə ətraflı məlumat verib.
Səfər çərçivəsində professor Kim Jaevan Bilik Fondunun əməkdaşları ilə birgə ölkənin bir sıra elm və təhsil müəssisələrində, dövlət qurumlarında olub.
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn ilə görüşən professor Kim Jaevan Azərbaycandakı görüşlərdən məmnun qaldığını, Bilik Fondu ilə əməkdaşlığını daha da genişləndirmək niyyətində olduğunu bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47