İnstaqram paylaşılan çılpaq fotoların hansı ölçüdə icazə verilməsi ilə bağlı qaydalarını yeniləyib.

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, cinsi münasibət, cinsi orqan və tamamilə açıq bədən fotolarının paylaşımı qadağan olunub.

Yeni qaydalar uyğun olaraq mastektomiya (süd vəzisinin əməliyyatla alınması) sonrası əməliyyat izləri və uşaq əmizdirmə fotoşəkillərinə icazə verilib, Şirkətin açıqlamasında bu qaydaları pozanların hesablarının bağlanacaqlarını bildirib. Şirkət “İnstaqramı orjinal və etibarlı bir yer olmağa davam etməsini istəyirik”, - deyərək yeni qaydalara hər kəsin əməl etməsini xahiş ediblər.

Milli.Az