Aprelin 18-də Puerto Rikonun San Xuan şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 13-cü turunun qarşılaşmaları keçiriləcək. Fanat.az xəbər verir ki, “Baku Fires” yerli “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq. Meydan sahibləri 17 xalla qrupda 6-cı yeri tuturlar.
Komandaların heyətləri artıq məlumdu:
Puerto Rico Hurricanes - Baku Fires
49 kq. Antoni Ortiz - Rəsul Saliyev
56 kq. Qarsiya Mora - Məhəmməd Qurbanov
64 kq. Karlos Adames - Heybətulla Hacəliyev
75 kq. Ceffri Quillen - Jaba Xositaşvili
91 kq. Rosado Joze - Abdulqadir Abdullayev
Bu görüşdən sonra iki boksçumuz - Məhəmməd Qurbanov (56 kq) və Heybətulla Hacəliyev (64 kq) Rio de Janeyro Olimpiadasına vəsiqəni rəsmiləşdirə bilərlər. Bu mövsüm ilk görüşünə çıxacaq Mora Qurbanov üçün ciddi rəqib olmamalıdı.
Fərdi reytinqdə 3-cü yeri tutan Hacəliyev WSB liqasında debüt edəcək Karlos Adameslə döyüşdə favorit sayılır. Puerto Riko komandasının heyətində iki dominikanlı boksçu - Mora və Adames rinqə çıxacaq.
“Puerto Rico Hurricanes” 12-ci turda doğma rinqdə “Astana Arlans”a 1:4 hesabı ilə uduzub. Bu həftə B qrupunda Astana Arlans” səfərdə “Argentina Condors”un qonağı olacaq. “Caciques Venezuela” doğma divarlar arasında “İtalia Thunder”lə qarşılaşacaq. “Rafako Hussars Poland” isə USA “Knockouts”u qəbul edəcək.
Turnir cədvəli
1. Astana Arlans - 36 xal (döyüşlərin nəticələri 50-10)
2. Baku Fires - 26 (40-20)
3. İtalia Thunder - 23 (36-23)
4. Venezuela Cacquez - 20 (26-34)
5. USA Knckouts - 17 (26-34)
6. Puerto Riko Hurricanes 17 (26-34)
7. Rafako Hussars Poland - 12 (22- 38)
8. Argentina Condors - 4 (13-46)
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.
Fanat.az