Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bu il Azərbaycanda bir neçə irimetrajlı filmin çəkilişi tamamlanacaq. Fanat.az xəbər verir ki, filmlərdən biri Çingiz Abdullayevlə bağlıdı.
Belə ki, Yavər Rzayev Çingiz Abdullayevlə birgə yazdığı ssenari əsasında "Xeyirlə şərin rəqsi" adlı dedektiv filmin çəkilişinə başlayıb. Film Çingiz Abdullayevin məşhur Dronqo romanlarından biri - "Quba kapriççosu" əsasında çəkiləcək.
Qeyd edək ki, Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasının sədridi.
Fanat.az