“Diplomatik Insight” jurnalında Azərbaycan-Pakistan əlaqələri ilə bağlı məqalələr dərc edilib
İslamabad, 17 aprel, AZƏRTAC
Pakistanda urdu, ingilis və ərəb dillində nəşr olunan “Diplomatik Insight” jurnalında Azərbaycan - Pakistan münasibətləri ilə bağlı məqalələr dərc edilib.
Jurnalın üz qabığında Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan Prezidenti Məmnun Hüseynin birlikdə fotoşəkilləri yer alıb. Məqalələrdə Pakistan Prezidentinin Azərbaycana rəsmi səfəri, keçirilən görüşlər, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanın ali “Hila-e-Pakistan” ordeni ilə təltif olunması və s. məsələlər əksini tapır.
Jurnalda Sülh və Diplomatik Tədqiqatlar İnstitunun (SDTİ) direktoru, jurnalın baş redaktoru Asif Nurun Azərbaycan-Pakistan münasibətləri haqqında yazdığı ön söz, Koreya Respublikasının Hankuk Universitetinin professoru Rövşən İbrahimovun “Pakistan-Azərbaycan münasibətləri. İqtisadi əlaqələrin inkişafına yeni təkan”, A. Nurun “Pakistan-Azərbaycan əlaqələri. Yeni təkan və yeni bahar” adlı məqalələri yer alıb.
Bundan başqa, Peşəvar Universitetinin siyasi elmlər fakültəsinin professoru Zahid Ənvərin “Azərbaycan-Pakistan münasibətlərinin XXI əsrdə istiqamətləri”, SDTİ-nin əməkdaşı Məhəmməd Bilal Xanın “Azərbaycan-Pakistan münasibətlərinin xülasəsi”, Pakistan Müsəlman Liqası Partiyasının qadınlar birliyinin rəhbəri, tanınmış iş adamı Amna Malikin “Azərbaycanla ticarətin inkişafı”, Bakı Dövlət Universitetinin urdu dili müəllimi Eldost İbrahimovun “Azərbaycan-Pakistan qardaşlıq münasibətlərinin intibahı“ adlı məqalələri də jurnalda dərc edilib.
Nəşrdə, həmçinin Azərbaycan səfirliyinin dəstəyi ilə tanınmiş xəttat Azim İqbalın İslamabad şəhərində keçirilmiş “Sülh və harmoniyanın rəngləri” sərgisi, ölkəmizin Pakistandakı səfirliyinin fəaliyyəti haqqında məqalələr də dərc olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47