Koreya Perspektiv Tədqiqatlar İnstitutunun direktoru Şamaxı Astrofizika Rəsədxanasında olub
Bakı, 17 aprel, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Koreya Respublikasının Perspektiv Tədqiqatlar İnstitutunun (KİAS) direktoru Jaevan Kim Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının kollektivi ilə görüşüb.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, qonaq “Dünya elmi Azərbaycanda” proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən ölkəmizə dəvət olunub.
Görüşdə rəsədxananın əməkdaşları ilə yanaşı, Şamaxı rayonunun bir qrup müəllim və tələbəsi iştirak edib.
Rəsədxanın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev koreyalı alim haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, J.Kim kvant mexanikası, nanotexnologiyalar üzrə tanınmış alimdir.
Təmsil etdiyi institutda aparılan tədqiqatların istiqamətləri çərçivəsində yerinə yetirilən işlər, beynəlxalq əlaqələrindən söz açan qonaq Azərbaycana səfərindən, xüsusən AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə tanışlıqdan məmnunluğunu ifadə edib.
Sonra J.Kim tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonda koreyalı alim rəsədxanada son illər aparılan yenidənqurma işləri, 2 m-lik teleskopun avtomatlaşdırılması və modernləşdirilməsi, istifadə olunan yeni işıq qəbulediciləri, onların vasitəsi ilə alınan müşahidə materialları və onların işlənməsində istifadə edilən proqramlar, rəsədxanada alınan elmi nəticələrlə tanış olub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47