Cəlilabadda dövlət toxumçuluq müəssisəsinin ərazisində iri taxılçılıq təsərrüfatı yaradılıb
Cəlilabad, 17 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 17-də Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında bu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, iclasda rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, 2015-ci ilin birinci rübü Cəlilabad rayonu üçün də əlamətdar olub. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan infrastruktur layihələri rayonda uğurla icra edilir.
Tikintisinə ötən ildən başlanılan Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzinin, rayon prokurorluğunun, Lənkəran hərbi prokurorluğunun və rayon kənd təsərrüfatı idarəsinin inzibati binalarının, Göytəpə şəhərində Ulu Öndərin heykəlinin ucaldılacağı Heydər Əliyev Parkının, Mədəniyyət Mərkəzinin və idman kompleksinin inşası sürətlə aparılır.
Qeyd olunub ki, bu ilin üç ayında Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar, Qarazəncir və Muğan kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 23 kilometr olan 55,2 min kvadratmetrlik dekorativ hasarlar yenidən qurulub, ərazidə 300-dək müasir işıqlandırma dirəyi quraşdırılıb.
Bu dövrdə Cəlilabad şəhərində Heydər Əliyev prospektinin yenidən qurulması ilə əlaqədar tikinti işlərinə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 yerlik 3 üşaq bağçası-körpələr evinin, Göytəpə şəhərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyası üçün yeni inzibati binanın və istirahət parkının tikintisi ilə əlaqədar sökülən ikimərtəbəli mənzilin əvəzinə yeni yaşayış binasının inşasına başlanılıb.
Azərbaycan hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına “Akkord” şirkəti tərəfindən Cəlilabad şəhərinin küçələrində indiyədək 70,9 kilometr kanalizasiya, 71,3 kilometr su xətti çəkilib.
Bildirilib ki, bu ilin birinci rübündə rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmənin inkişafı da diqqət mərkəzində saxlanılıb. Havaların əlverişsiz keçməsinə baxmayaraq, rayonda 7122 hektar sahədə yazlıq əkin aparılıb. Bunun 3900 hektarını kartof, 1900 hektarını noxud, 900 hektarını vələmir, 295 hektarını mərci, 102 hektarını tərəvəz, 13 hektarını günəbaxan, 12 hektarını isə bostan məhsulları təşkil edir. Rayonda üzüm sahələri genişləndirilərək 1500 hektara, şəxsi təsərrüfatlarda mal-qaranın sayı 99269 başa, davarların sayı isə 122693 başa çatdırılıb. Üç ayda rayonda 4380 ton ət, 13170 ton süd, 3 milyon 120 min ədəd yumurta istehsal edilib.
Diqqətə çatdırılıb ki, 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar Cəlilabad rayonunda iri fermer təsərrüfatlarının, o cümlədən taxılçılıqla məşğul olan təsərrüfatların fəaliyyəti genişləndirilir. Rayonda pilot təsərrüfatlarının yaradılması istiqamətində Günəşli kəndində yerləşən “Moskva” dövlət toxumçuluq müəssisəsinin 1300 hektarlıq ərazisində iri taxılçılıq təsərrüfatı yaradılıb. Hazırda təsərrüfatda müasir suvarma sistemi qurulur, yeni texnologiya ilə əkin aparılması üçün son tamamlama işləri görülür. Rayonda toxumçuluq təsərrüfatlarının yaradılması kənd əməkçilərinin yüksək reproduksiyalı toxumla təmin olunmasında mühüm rol oynayacaq.
Birinci rübdə rayonda 186 iş yeri açılıb ki, bunun 39-u daimi iş yeridir. Üç ay ərzində rayon məşğulluq mərkəzinə müraciət edən 130 nəfərin 66-sı müxtəlif təşkilatlarda daimi işə qəbul edilib.
Yığıncaqda çıxış edənlər bu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08