Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də 300-ə qədər amerikalı desant Ukrayna hərbçilərinə təlim keçmək məqsədi ilə Lvov şəhərinə gəlib. Bu məlumatı güc əməliyyatları qərargahının mətbuat katibi Andrey Lısenko da təsdiqləyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov təlimlərin Prezident Petr Poroşenko ilə ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında razılaşma əsasında reallaşdığını bildirib.
Onun sözlərinə görə, Milli Qvardiyanın ümumilikdə 900 döyüşçü 300 nəfərlik qruplara bölünərək hər biri səkkiz həftə sürən təlimlərdə iştirak edəcək. Daha sonra isə Milli Qvardiyanın, “Azov”, “Yaquar”, “Omeqa”, Kulçitski adına batalyonların, həmçinin Kiyev, Xarkov, Zaporojye, Odessa, Lvov və başqa bölgələrin hərbi hissələrinin iştirakı ilə müştərək təlimlər başlayacaq.