Qobustan: sosial məsələlərin həlli diqqət mərkəzindədir
Qobustan, 17 aprel, AZƏRTAC
Qobustan rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsi dinlənilib.
Məruzə və çıxışlarda bildirilib ki, cari ilin üç ayında sosial-iqtisadi həyatın bütün sahələrində nəzərdə tutulan işlər müvəffəqiyyətlə yerinə yetirilib, ümumi məhsul buraxılışı ötən ilin birinci rübü ilə müqayisədə 5,1 faiz artaraq 23081,2 min manata çatıb.
Kənd təsərrüfatı rayonu olan Qobustanda bu ilin məhsulu üçün ötən payızda 21958 hektar sahədə taxıl əkilib. Dövlət tərəfindən verilən pulsuz dərmanlarla 2267 hektarda zərərvericilərə qarşı mübarizə tədbirləri aparılıb, sahələrə 800 ton yemləmə gübrəsi verilib. Rayonda əkin üçün yararlı olan torpaq sahələrinin müəyyənləşdirilməsi və bu torpaqlardan istifadə imkanları aydınlaşdırılaraq lazımi tədbirlər həyata keçirilir.
Aqrar sektorda aparıcı sahələrdən olan heyvandarlıqda da intensiv inkişaf təmin edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin üç ayında ət istehsalı 1,5 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 1,5 faiz artıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə 299 baş cins buzov alınıb, 113 baş qaramal süni mayalandırılıb.
Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qaz və su ilə normal təminatı istiqamətlərində ardıcıl tədbirlər görülüb. Qobustan şəhərinin “Yeni massiv” adlanan yaşayış sahəsi, Xilmilli, Bədəlli kəndləri qazlaşdırılıb, hazırda Poladlı kəndində bu iş davam etdirilir. Yekəxana kəndində də qazlaşdırılma işlərinə başlanılıb.
Rayon mərkəzinin və kənd yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində layihələr həyata keçirilir. Belə ki, hazırda Qobustan şəhərində 3 ədəd yeni transformatorun quraşdırılması üçün tikinti işləri aparılır.
Məruzə və çıxışlarda İDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonda yol kənarlarına, küçə və parklara 9104 ədəd müxtəlif növ ağac, gül kolu əkildiyi vurğulanıb. Həmçinin birinci Avropa Oyunları ilə bağlı mayın 30-da Qobustanda keçiriləcək “Alov festivalı”na hazırlıqla əlaqədar görülən işlər barədə də ətraflı məlumat verilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47