ARPA: Azərbaycanda banklar risk siyasətinə yenidən baxmalıdırlar
"Report"un verdiyi xəbərə görə bu barədə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosasiyası (ARPA) Direktorlar Şuasının üzvü Tural Baxşəliyev bugün Bakıda keçirilən ARPA üzvlərinin 5-ci Ümumi Yığıncağında - "5-ci Zirvə Görüşü"ndə çıxışında deyib. O bildirib ki, hazırda dünya böyük siyasi iqtisadi hadisələr baş verir, böhrandır və bu Azərbaycandan da yan keçmir.
"Azərbaycanda ən böyük hadisə manatın devalvasiyası oldu. Taksi sürücüsündən tutmuş vəzifəli şəxslərədək hər kəs bu sahədə öz proqnozunu verməyə çalışır. Devalvasiya Azərbaycanda banklar üçün stress hadisə kimi yadda qaldı. Bu stress hadisəsi bankların nə qədər dayanıqlı olub olmadığını, valyuta riskini ortaya çıxardı. Hazırda banklar mütləq risk siyasətinə baxmalı, əgər yoxdursa hazırlamalıdırlar. Risklərin idarə olunması, stress testlər tez-tez həyata keçirilməlidir, əməkdaşların təhsili təkmilləşdirilməlidir. Biz ARPA olaraq dəstək verməyə hazırıq."
T.Baxşəliyev bildirib ki, ARPA bank sektorunda risk peşəkarlarının yetişdirilməsində mühüm rol oynayıb.
"Altı ildə maraqlı yol keçmişik. Bizim vəzifəmiz hadisə baş verməmişdən əvvəl ona hazır olmaqdır. Əvvəllər bizim işimizi vaxt itkisi kimi qiymətləndirirdilər. Lakin son vaxt baş verən proseslər risk menecmentin,bizim fəaliyyətimizin nə qədər önəmli olduğunu daha açıq göstərdi. ARPA-nın fərdi, koorporativ üzvlərinin sayı ilbəil artır. Fəaliyyətimiz dövründə biz Azərbaycanda risk menecmentin inkişafına təkan vermişik. Müxtəlif universitetlərdə trenin seminarlarla keçirmişik."
Tədbir çərçivəsində həmçinin "Risk" jurnalının 7-ci sayı və "Bankçılıq və Risk Menecmentin əsaslar" kitabı da iştirakçılara təqdim olunub.
Qeyd edək ki, ARPA 2009-cu ildən etibarən fəaliyyət göstərən ictimai birlikdir. Assosasiya. 1000-dən çox fiziki, 20-dən çox korporativ üzvə malikdir. Əsas məqsəd iqtisadiyyatın bütün sahələrində risklərin idarə olunması mədəniyyətinin formalaşdırılması ilə yanaşı mühasibatlıq sahəsində də beynəlxalq səviyyəli təcrübələrin qazanılması və tətbiq edilməsinə yardımçı olmaqla Azərbaycanda sabit inkişafa təkan verməkdir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08