Bakı, 17 aprel, AZƏRTAC
Nəqliyyat nazirinin müavini Musa Pənahov Ukraynanın Nəqliyyat nazirinin müavin Oksana Reyterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Musa Pənahov Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində aparılan islahatlardan, həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, nəqliyyat sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Ukraynalı nazir müavini ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.