İtaliyanın Taekvondo Federasiyası Bakı-2015 Avropa Oyunlarında qadın iştirakçı yerini Erika Nikoliyə verib.

Metbuat.az Avropa Oyunlarının rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın Taekvondo Federasiyasının rəsmi nümayəndələri Bakı-2015 oyunları üçün ilk qadın yerinə 49 kq çəki dərəcəsində yarışmalarda iştirak etmək üçün 20 yaşlı Nikolinin namizədliyini verdi.

Nikoli 2014-cü ildə Gənclərin Avropa Çempionatında 53 kq çəki dərəcəsində bürünc medal qazanmışdı. Lakin o, İsveçrə Açıq Yarışlarında 49 kq çəki dərəcəsində qalib olaraq və Yunanıstan Açıq Yarışlarında 3-cü yerə çıxaraq bu il elit idmançılar səviyyəsində də uğur qazanıb.

İtaliya rəsmiləri hələ kişilər arasında 68 kq, 80 kq və +87 kq çəki dərəcələri üzrə üç yer doldurmalıdırlar.