“Beşiktaş”ın əfsanəvi futbolçusu Paskal Numa şok etirafla diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən məlumatına görə, hazırda “Survivor” yarışında iştirak edən sabiq hüçumçu keçmişdə xərçəng xəstəliyinə tutulduğunu söyləyib.
  
Yarış zamanı bədənindəki yaraları görən komanda yoldaşları Numadan bunun nəyə görə əmələ gəldiyini soruşublar. O isə hələ “Marsel”də çıxış edərkən xərçəng xəstəliyinə tutulduğunu, yaraların da o dövrdən qaldığını bildirib. Numa həmin dövrdə 8 ay müalicə aldığını, bu xəstəliyə qalib gəldikdən sonra da “Beşiktaş”a keçdiyini vurğulayıb.
  
Qeyd edək ki, Paskal Numa 2000/2001 və 2002/2003 mövsümlərində “Beşiktaş”da çıxış edib və bu klubun əfsanələri arasında göstərilir.

Milli.Az