Azərbaycanda həyata keçirilən enerji siyasəti beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir
Tbilisi, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Tbilisidə "Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində enerji siyasətinin səmərəliliyi" mövzusunda konfrans keçirilib.
Tədbirdə mövzu ilə əlaqədar layihələrin təqdimatı da olub.
Konfransda çıxış edən Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib ki, onun ölkəsi Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb. Həmin sənəddə çox sahələrdə, eləcə də energetika sahəsində əməkdaşlıq məsələləri əksini tapıb. Gürcüstan sazişdə nəzərdə tutulan məsələlərin, xüsusən də energetika sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar müxtəlif layihələr həyata keçirir.
Avropa İttifaqının Gürcüstandakı səfiri Janos Herman çıxışında Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində həyata keçirilən enerji strategiyasının inkişafı haqqında ətraflı məlumat verib, bu ölkələrdə enerji layihələrinin şaxələndirilməsinin vacibliyini vurğulayıb. Səfir, Azərbaycanda həyata keçirilən enerji siyasətinin üstünlüklərindən bəhs edib və bildirib ki, Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində enerji sektoru davamlı inkişaf edir.
Beynəlxalq Enerji Agentliyinin direktoru Maria Van Der Hoeven də çıxışında Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində enerji siyasətinin vacib bir istiqamətdə inkişaf etdirildiyini bildirib. O deyib: "Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, onun enerji siyasəti getdikcə güclənir. Azərbaycanda alternativ enerji mənbələri də düzgün istiqamətdə qurulub və ondan səmərəli istifadə olunur. Bunun nəticəsidir ki, Azərbaycan istehsal etdiyi yanacağın böyük bir hissəsini digər ölkələrə ixrac edir".
Tədbirdə Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində Azərbaycanı Energetika Nazirliyinin aparat rəhbəri, Avropa Komissiyasının İNOGATE layihəsinin koordinatoru İftixar Hüseynov və nazirliyin elektroenergetika şöbəsinin müdiri Amil Mürsəliyev təmsil ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47