SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Bununla yanaşı, SOCAR-ın bu ölkədə həyata keçirdiyi və keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində R.Abdullayevin Azərbaycan-Gürcüstan birgə əməkdaşlıq layihələri əsasında inşa olunmuş bəzi tikinti obyektlərinin açılışında iştirakı nəzərdə tutulub.


MənbəANS PRESS