"Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture komandanı tərk etmək niyyətində deyil.

Metbuat.az "Daily Mail"ə istinadən xəbər verir ki, ivuarlı futbolçu "İnter"in təklifini geri çevirəcək. Onun "şəhərlilər"lə 2 illik müqaviləsi var.

Cari mövsümdə 33 matçda meydana çıxan Turenin aktivində 10 qol, 1 məhsuldar ötürmə var.