Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
Bakı, 17 aprel, AZƏRTAC
Son günlər hava şəraitinin yağmursuz keçməsi ilə əlaqədar Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 1-6, Qazax-Gəncə və Lənkəran-Astara bölgəsi çaylarında isə 2-3 sm azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 25 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 309 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 330 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 22 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 146 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 95 m3/s təşkil edərək ongünlük normanın 57 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 26, Şirvanda 6, Salyanda 27, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 60 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 411 sm (2014-cü il aprelin 17-də 320 sm), Şirvanda 251 sm (2014-cü il aprelin 17-də 167 sm), Salyanda 187 sm (2014-cü il aprelin 17-də 95 sm), Bankədə 193 sm (2014-cü il aprelin 17-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2014-cü il aprelin 17-də 50 sm) təşkil edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47