Maxmudsaid Uboydulloev Tacikistan parlamentin sədri seçilib
Düşənbə, 17 aprel, AZƏRTAC
Bu ilin martında Tacikistan parlamentinin yuxarı palatası - Məclisi Milliyə seçkilər keçirildikdən sonra Prezident Emoməli Rahmonun iştirakı ilə qanunverici orqanın ilk iclası keçirilib.
Əvvəlcə iclasda təşkilati məsələlərə baxılıb. Tacikistanın birinci prezidenti, Məclisi Millinin üzvü Kaxxor Maxkamov bundan əvvəl parlamentin yuxarı palatasının sədri işləmiş Maxmudsaid Uboydulloevin namizədliyini yenidən Məclisi Millinin sədri vəzifəsinə irəli sürüb.
Səsvermə nəticəsində Maxmudsaid Uboydulloev yenidən Məclisi Millinin sədri seçilib. Abduraxmon Kadiri sədrin birinci müavini, Şadixon Camşed isə müavin seçilib.
Dövlət başçısı Emoməli Rahmon parlamentin yeni seçilmiş rəhbərliyini və deputatları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Məclisi Millinin sədri prezidentdən sonra ölkədə ikinci yüksək vəzifədir. Məclisi Millinin 33 üzvü var. Onların 25-i səsvermə yolu ilə seçilir, səkkiz deputat isə dövlət başçısı tərəfindən təyin olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47