Beynəlxalq Valyuta Fondunun rəhbəri Yunanıstana borcunu ödəmək üçün əlavə vaxt verməkdən imtina edib
Bakı, 17 aprel, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard Yunanıstana mayda ödəməli olacağı növbəti borc tranşı üçün əlavə vaxt verməkdən imtina edib.
AZƏRTAC Financial Times qəzetinə istinadla xəbər verir ki, Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun bahar görüşündə iştirak edən Laqard Yunanıstanın maliyyə naziri Yanis Varufakisə Afinaya növbəti borc tranşı üçün əlavə vaxt verməyən fondun siyasətini izah etdiyini deyib.
BVF-nin başçısı Afinaya geniş siyasi sövdələşməyə ümid bəsləməkdənsə, iqtisadiyyatda islahatların keçirilməsi üçün təcili texniki işlər aparmağı tövsiyə edib. “Beynəlxalq Valyuta Fondunun direktorlar şurası 30 ildir ki, ödənişlərin təxirə salınması barədə qərar qəbul etməyib. Biz Varufakis cənablarına BVF-nin ödənişlərin təxirə salınmasına dair siyasətini və tarixi nümunələri izah etməyə imkan tapdıq”, - deyə Laqard bildirib.
Qeyd edək ki, Yunanıstan mayın 12-də BVF-yə borclarını ödəmək üçün 747 milyon avro (800 milyon dollar) həcmində ödəniş həyata keçirməlidir. Dövlət büdcəsində vəsaiti tükənən Afina avrozona ölkələrinin növbəti maliyyə dəstəyi olmadan həm borcları, həm də maaş və pensiyaları eyni vaxtda ödəyə bilməyəcək.
Bir neçə gün bundan əvvəl qəzet beynəlxalq donorların yardım göstərməyəcəyi təqdirdə Afinanın defolt elan etməyə hazırlaşdığını yazsa da, sonradan Yunanıstan hökuməti bu məlumatı təkzib edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47