Modern.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, Xmelnitsk vilayətində “Neteşinski Vestnik” qəzetinin baş redaktoru Olqa Moroz qətlə yetirilib. Yerli mətbuat jurnalistin üzərində zorakılıq əlamətləri olan cəsədinin mənzilində aşkar olunduğunu xəbər verir.Ukraynada son 2 sutkada 3-cü jurnalist öldürülüb
35 min sakini olan Neteşin şəhərində baş verən cinayət faktı ilə bağlı Ukrayna polisi hərəkətə keçib.
Ötən gün Ukraynada jurnalistlər Oles Buzina və Sergey Suxobok da naməlum şəxslər tərəfindən öldürülüblər.
Milli.Az