“Tovuzçay” su anbarının istifadəyə verilməsi ilə 18 min hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq
Tovuz, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Tovuz Rayon İcra Hakimiyyətində cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun hesabat məruzəsi dinlənilib.
Məruzədə qeyd olunub ki, rayonda kənd təsərrüfatı istehsalının artırılması, 2015-ci ilin məhsulu üçün taxıl, kartof, tərəvəz əkini sahələrindən yüksək məhsul götürülməsi üçün aqrotexniki tədbirlər həyata keçirilir. Ötən illə müqayisədə bu il kartof və tərəvəz əkini sahələri xeyli genişləndirilib. Əkinçiliklə məşğul olanlara lizinq xidmətinin təşkilində, aqrotexniki xidmətlərin həyata keçirilməsində lazımi kömək göstərilir. Birinci rübdə məhsul istehsalçılarına güzəştli şərtlərlə 1352 ton meneral gübrələr satılıb. 2015-ci ilin məhsulu üçün 6629 istehsalçıya 9 min 9 hektar buğda sahəsi üçün 360 min 379 manat yardım hesablanıb ödənilib.
Keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci rübünün yekunlarına görə rayonda heyvanların baş sayı xeyli çoxalıb, ət istehsalı 2,8 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 3,1 faiz artıb.
Rayonda arıçılığın inkişafı diqqət mərkəzində saxlanılır. Hazırda rayonda 4845 arı ailəsi vardır ki, bu da keçən ildəkindən 703 ailə çoxdur.
Bildirilib ki, rayonda kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülür. “Tovuzçay” su anbarının yaxın günlərdə istifadəyə verilməsi nəticəsində 18 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşacaq, eləcə də 4 min hektar torpaq sahəsi dövriyyəyə qatılacaq. Eyni zamanda, 2015-ci ildə rayonda 12 ədəd yeni subartezian quyusunun qazılması da nəzərdə tutulur.
Rayonda keçən ildən başlanmış abadlıq-quruculuq işləri cari ildə də davam etdirilib. Tovuz çayının sol sahilində rayon əhalisinin və qonaqların istirahət vaxtının daha səmərəli keçməsi üçün fəvvarəli gölün və geniş əyləncə mərkəzinin tikintisi başa çatmaq üzrədir. Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan, hər biri 100 yerlik iki uşaq bağçasınin tikintisində işlər tamamlanmaq üzrədir. Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının, Qovlar şəhərində Gənclər Mərkəzinin və rabitə evinin tikintisi davam etdirilir, 1176 şagird yerlik Düz Qırıqlı kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47